Mayk Taysondan Türkiyəyə dəstək

İdman

02.07.2024 17:49

Amerika boksunun peşəkarı Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib.

TodayPress xəbər verir ki, Avropa çempionatında Avstriya ilə keçiriləcək matçda "ay-ulduzlular"a azarkeşlik edəcəyini bildirən 59 yaşlı veteran boksçu üzərində Türkiyə bayrağı olan imzalı əlcəklərini komandaya hədiyyə edib.

Türkiyə millisinin futbolçuları Hakan Çalhanoğlu, Arda Güler, Kənan Yıldız və Uğurcan Çakır xüsusi hədiyyəyə görə Mayk Taysona təşəkkür ediblər.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində baş tutacaq Avstriya-Türkiyə oyunu bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Namiq HUN

tag: Mayk Tayson, Türkiyə, Avropa Çempion, Hakan Çalhanoğlu, Arda Güler, Kənan Yıldız, Uğurcan Çakır, todaypress.az,