Maydov qaydaları pozduğu üçün cəzalandırıldı
İdman
17.09.2024 09:28
Serbiyalı cüdoçu Nemanya Maydov (90 kq) 5 aylıq diskvalifikasiya edilib.
TodayPress xəbər ki, balkanlı kimano ustası Paris Olimpiadasında xaç işarəsi nümayiş etdirdiyinə görə cəzalandırılıb.
Beynəlxalq Cüdo İttifaqı (IJF) dini kodeksi pozduğuna görə, cüdoçunun diskvalifikasiya olunduğu bildirib. O, 5 ay ərzində bütün yarışlar və qurumun təşkil etdiyi təlim-məşq toplanışlarından kənarda qalacaq. Nemanya hərəkətinə görə, üzr istəmək niyyətində olmadığını deyib.
Qeyd edək ki, Maydov XXXIII Yay Olimpiya Oyunlarında ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.
Namiq HUN
tag: Serbiya, Cüdo ,Nemanya Maydov, Paris,XXXIII Yay Olimpiya Oyunları ,todaypress.az,