Mayami Qran-prisini Piastri qazandı

İdman

05.05.2025 09:45

4

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri “Formula-1” üzrə dünya çempionatının Mayami Qran-prisinin qalibi olub.   

TodayPress xəbər verir ki, bu, Piastrinin cari mövsümdə dördüncü qələbəsidir. 

Onun komanda yoldaşı Lando Norris finiş xəttini ikinci keçib.

İlk üçlüyü isə “Mercedes” komandasının pilotu Corc Rassel təşkil edib.   

Pouldan start götürən dördqat və hazırkı dünya çempionu “Red Bull” pilotu Maks Ferstappen yarışı dördüncü sırada bitirib.   

Namiq HUN

tag: Formula 1,Mayami,Piastri,Qələbə,Todaypress.az,