Mauro İkardi üçün mövsüm bitdi
İdman
08.11.2024 18:23
“Qalatasaray” futbol klubunun heyətində ciddi itki baş verib.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sıradan çıxıb.
Argentinalı futbolçu Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Tottenhem”lə matçında ağır zədə alıb.
İkardinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. Forvard əməliyyat olunacaq.
Qeyd edək ki, Mauro İkardi cari mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Qalatasaray, Avropa, Argentina, Tottenhem, Forvard, todaypress.az,