Mauro İkardi Buenos-Ayresdə saxlanıldı
“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi dizindən əməliyyat olunacağı Buenos-Ayresə gəlib.
TodayPress xəbər verir ki, futbolçu tibbi prosedurdan əvvəl keçmiş həyat yoldaşı Vanda Naranın evində müvəqqəti yaşamaq qərarına gəlib.
Lakin aralarındakı mübahisədən sonra Vanda İkardinin onu silahla hədələdiyini və həyatından qorxduğunu deyərək polisə gedib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı heç bir silah tapmayıblar. 31 yaşlı futbolçuya keçmiş həyat yoldaşına və onun evinə yaxınlaşmaq qadağan edilib.
Mauro polis idarəsini tərk edərək dostunun evinə köçüb. Futbolçu bir neçə gündən sonra dizindən əməliyyat olunacaq.
Namqi HUN
tag: Qalatasaray, Vanda Nara, İkardi, Həbs, Qadağa, todaypress.az,