Mats Hummels şərt qoydu

İdman

11.06.2024 23:50

Müdafiəçi Mats Hummelsin bu yayBorussiya Dortmundu tərk etmək ehtimalı yüksəkdir.

TodayPress xəbər verir ki, Hummels baş məşqçi Edin Terziçin postundan getməsini istəyir.

Müdafiəçinin ötən mövsüm yaxşı çıxış etməsinə baxmayaraq, məşqçi ilə futbolçu arasında gərginlik mövcuddur. Hummels müəyyən matçlarda Terziçin taktikasını tənqid edib.

Mats Hummels "Borussiya"dan ayrılsa, MLS və ya Səudiyyə Ərəbistanında karyerasını davam etdirəcək.

Qeyd edək ki, 35 yaşlı Hummels son mövsüm "Borussiya”nın heyətində bütün turnirlərdə 40 matçda iştirak edib və bu matçlarda dörd qol və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi iyunun sonunda başa çatacaq.

Namiq HUN

tag: Borussiya, Dortmund, Hummels, Müdafiəçi, Terziçin, todaypress.az,