Maskerano “İnter Mayami”də işə başladı
İdman
27.11.2024 09:19
Xavyer Maskeranonun “İnter Mayami” klubunun baş məqşçisi vəzifəsinə təyinatı rəsmiləşib.
TodayPress ABŞ klubunun açıqlamasına istinadən xəbər verir ki, argentinalı mütəxəssislə 2027-ci ilin sonuna kimi müqavilə imzalanıb.
Maskerano buna qədər Argentinanın gənclərdən ibarət yığma komandasını çalışdırıb.
Qeyd edək ki, Xavyer futbolçu karyerası ərzində “Liverpul” və “Barselona” klublarının şərəfini qoruyub. O, “İnter Mayami”nin Lionel Messi, Serxio Büskets və Xordi Albadan ibarət triosu ilə birlikdə Kataloniya təmsilçisində çıxış edib.
Namiq HUN
tag: Xavyer Maskerano, İnter Mayami, Məşqçi, ABŞ, Liverpul, Barselona, todaypress.az,