Martines: “Müqaviləmi uzadsam, əla olar. Əks halda gözəl xatirələr qalacaq”
İdman
26.11.2024 14:56
“Barselona” futbol klubunun veteranı İniqo Martines təklif almamasından narahat deyil.
TodayPress xəbər verir ki, 33 yaşlı müdafiəçisi Kataloniya təmsilçisi ilə müqaviləsinin başa çatmasına münasibət bildirib.
“Artıq elə bir yaşdayam ki, belə məsələlərə fikir vermirəm. Mən sadəcə futbol oynayıram. İyunda başa çatacaq müqaviləmi uzadsam, əla olar. Əks halda gözəl xatirələr qalacaq. “Barselona”da iki gözəl mövsüm keçirdim və bundan sonra da hər matçda bütün gücümü sərf etməyə hazıram”.
Qeyd edək ki, İniqo Martines cari mövsüm kataloniyalıların heyətində meydana çıxdığı 13 oyunda 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona, Messi, Kataloniya, Martines,todaypress.az,