Martines millidəki qol sayına görə Maradonaya çatdı
İdman
20.11.2024 12:20
Argentinalı hücumçu Lautaro Martines yığma komandadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.
TodayPress xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsində, Peru yığması ilə oyunda (1:0) göstəriciyə nail olub.
Forvard qollarının sayını 32-yə çatdırıb.
Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun isə 35 qolu var. Lautaro Martines və Maradona isə 32 qolla 5-ci yeri bölüşürlər.
Namiq HUN
tag: Argentina,Lautaro Martines,Dieqo Maradona,Peru,todaypress.az,