Martines: “Ardıcıl ikinci dəfə dünya çempionu olsam təqaüdə çıxacam”
“Aston Villa” klubunun qolkiperi Emiliano Martines gələcək karyerası ilə bağlı danışıb.
TodayPress xəbər verir ki, argentinalı futbolçu dünya çempionatında titulu qoruyacaqları təqdirdə təqaudə çıxacağını bildirib:
“Əgər Argentina yığması ilə ardıcıl ikinci dəfə dünya çempionu olsam təqaüdə çıxacam. Sizə söz verirəm”.
Qeyd edək ki, Emiliano Martines Qətərdə keçirilən DÇ-2022-də Argentina yığmasının qapıçısı olub. 32 yaşlı qolkiper Fransa yığması ilə final matçında iki penalti dəfə edərək, komandasının mundialda uğur qazanmasında böyük rol oynayıb.
Namiq HUN
tag: Martines, Argentina ,Matç, Klub ,todaypress.az,