Martin Şkrtel “DAK 1904” klubunda çalışacaq
Slovakiyalı sabiq futbolçusu Martin Şkrtel klub funksioneri kimi fəaliyyət göstərəcək.
TodayPress xəbər verir ki, keçmiş müdafiəçi ölkəsində "DAK 1904" klubunun idman direktoru təyin olunub.
"DAK 1904" bu mövsüm Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin hər iki oyununda "Zirə"yə uduzaraq (0:4, 1:2) turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, 39 yaşlı Şkrtel 2008-2012-ci illərdə "Liverpul"da çıxış edib. O, "Fənərbaxça", "Atalanta" və "Başakşəhər" klublarında da oynayıb. Slovakiya millisində 104 oyun keçirlən Martin 6 qol vurub.
Namiq HUN
tag: Slovakiya ,Martin Şkrtel, DAK 1904, Konfrans, Zirə ,todaypress.az,