Martin “Real”ın təklifi ilə razılaşmadı
Zaqreb “Dinamo”sunun futbolçusu Martin Baturina “Real Madrid”in təklifini qəbul etməyib.
TodayPress "Sky Sport"a istinadən xəbər verir ki, xorvatiyalı futbolçunu “kral klubu”nun şərtləri qane etməyib.
İspaniya klubu 21 yaşlı yarımmüdafiəçini 2 illik icarəyə götürmək istəyib. Martin isə uzun müddət icarədə olmasını istəmədiyini bildirib.
Qeyd edək ki, Martin Baturina cari mövsüm Zaqreb “Dinamo”sunun heyətində meydana çıxdığı 17 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Zaqreb, Dinamo, Martin Baturina, Real Madrid, Kral Klubu, todaypress.az,