Marselo butslarını mismardan asdı
Braziliyalı futbolçu Marselo karyerasını başa vurub.
TodayPress xəbər verir ki, bu barədə sabiq müdafiəçinin özü məlumat yayıb.
36 yaşlı futbolçu peşəkar karyerasını bitirməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, 2007-ci ildə “Real Madrid” klubuna keçən Marselo İspaniya nəhəngi ilə 25 titul qazanıb. Cənubi amerikalı UEFA Çempionlar Liqasında 5, La Liqada 6, İspaniya kubokunda 2 uğura sevinib.
2022-ci ilin yayında “Olimpiakos”a keçən müdafiəçinin son klubu ötən mövsüm çıxış etdiyi doğma “Fluminense” olub.
Xatırladaq ki, Marselo 2006-2018-ci illərdə formasını geyindiyi Braziliya millisində 58 oyunda 6 qol vurub.
Namiq HUN
tag: Marselo,İdman,Futbol,UEFA,Todaypress.az,