Marselo Brozoviç millidəki karyerasını bitirdi
İdman
14.08.2024 18:45
Xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviç millidəki karyerasını başa vurub.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 31 yaşlı futbolçusu Xorvatiya millisindən getdiyini açıqlayıb.
Qeyd edək ki, M.Brozoviç yığmada meydana çıxdığı 99 oyunda 7 qol vurub. Dünya çempionatının gümüş (2018) və bürünc (2022) medalçısı AVRO-2024-də də iştirak edib. Xorvatiya millisi İspaniya, Albaniya və İtaliya ilə mübarizə apardığı qrupdan çıxa bilməyib.
tag: Marselo Brozoviç, Xorvatiya, Albaniya, İspaniya, İtaliya, todaypress.az,