Marşan 12 illik rekordu qırdı
İdman
02.11.2024 09:51
Fransalı dördqat olimpiya çempionu Leon Marşan 200 m məsafəyə qarışıq üzgüçülükdə dünya rekordu vurub.
TodayPress xəbər verir ki, o, Sinqapurda keçirilən qısa məsafə üzrə Dünya kubokunda 200 metrəni 1 dəqiqə 48,88 saniyəyə qət edib.
Buna qədər ən yaxşı göstərici amerikalı Rayan Loxteyə (1,49,63 saniyə) məxsus idi. Rekord göstərici 12 il davam edib.
Namiq HUN
tag: Fransa, Sinqapur, Dünya, Rayan, Rekord, todaypress.az,