MARKO ROSSİ: “İsveçrəyə qarşı komanda oyununa üstünlük verəcəyik”
İdman
15.06.2024 11:25
Macarıstan millisi İsveçrə ilə komanda oyunu nümayiş etdirməlidir.
TodayPress xəbər verir ki, Macarıstan millisinin baş məşqçisi Marko Rossi İsveçrə millisi ilə Avropa çempionatının qrup mərhələsi oyunu haqda danışıb.
“İsveçrə komandasının güclü tərəfləri var. Onlar müdafiədə çox etibarlı, yarımmüdafiədə güclü, hücumda isə yaxşı oynayırlar. Biz bütövlükdə komanda şəklində oynamalıyıq. Heyət seçimində problemimiz yoxdur” deyə Rossi bildirib.
Xatırladaq ki, Macarıstan - İsveçrə yığmaları arasında Avropa çempionatının qrup mərhələsinin oyunu Kölndəki “Rayn-Enerji” stadionunda keçiriləcək. Matç bu gün saat 17:00-da başlayacaq.
Namiq HUN
tag: Marko Rossi, İsveçrə, Komanda, Macarıstan,Avropa, todaypress.az,