Marko Rossi hakimi ikili standartda günahlandırdı
İdman
20.06.2024 12:58
Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Almaniya ilə oyunun hakimini tənqid edib.
TodayPress xəbər verir ki, italiyalı mütəxəssis Danni Makkelinin idarəçiliyindən narazı qalıb.
Rossi niderlandlı hakimin ilk qol zamanı qayda pozuntusunu qeydə almadığını bildirib:
“Heç vaxt hakimlikdən şikayətlənməmişəm. Hakimin ikili startdartlara yol verdiyi hətta almanların diqqətini cəlb edə bilər. Makkeli 22-ci dəqiqədə qoldan əvvəl oyunçumuza qarşı qayda pozuntusunu qeydə almadı. Almaniyanın çempion olmaq üçün hakimə ehtiyacı yoxdur”.
Qeyd edək ki, Almaniya yığması 2-ci turda Macarıstana 2:0 hesabı ilə qalib gəlib.
tag: Marko Rossi, Hakim, Macarıstan, Danni Makkel, todaypress.az,