Maria Stadnik Olimpiadadakı rəqiblərini tanıdı
İdman
10.07.2024 17:24
Qadın güləşçilərdən ibabrət yığma komandanın lideri Mariya Stadnik Azərbaycanı Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edəcək.
TodayPress xəbər verir ki, multi-idman oyunlarında 96 pəhləvan 6 çəkidə yarışacaq. Stadnik 50 kq-da qələbə uğrunda mübarizə aparacaq.
4 qat Olimpiya mükafatçısının rəqiblərinin siyahısı açıqlanıb. Yığmamızın lideri karyerasının 5-ci Olimpiadasına avqustun 6-da qatılacaq. Onun çəkisində 15 güləşçi yer alıb. Bu rəqiblər arasında Mariyaya çoxlu tanış simalar var.
O, bu il Türkiyə güləşçisi Evin Demirhana qalib gələrək 10-cu dəfə Avropa çempionu titulunu qazanıb. Güləşçimiz 9-cu qitə qızılına isə ukraynalı Oksana Livaçı məğlub etməklə sahib çıxıb.
Qeyd edək ki, Mariya Stadnik 2008-ci ildən qatıldığı Avropa çempionatlarını qalibiyyətlə başa vurub. Güləşçimizin hesabında həm Avropa, həm də İslam Oyunlarında 2 qələbə var. Stadnik 2 dəfə Dünya çempionluğunun sevincini yaşayıb. Ümumilikdə isə mundiallardan qazancı 6 medaldır. Stadnik Azərbaycan idman tarixinin ən çox Olimpiada medalı qazanan idmançısı kimi bir rekorda imza atıb.
Namiq HUN
tag: Maria Stadnik, Olimpiada, Türkiyə, Avropa Çempionu, Evin Demirhana, todaypress.az,