Mareska ukraynalı futbolçuya dəstək oldu
İdman
19.12.2024 11:10
“Çelsi” futbol klubunun baş məşqçisi Entso Mareska, müsbət dopinq testindən sonra Mixail Mudrikin psixoloji durumundan narahat olduğunu bildirib.
TodayPress xəbər verir ki, mütəxəssis ukraynalı cinah oyunçusunun komandadakı karyerasının bitmədiyinə də əmindir.
“Belə halla üzləşən istənilən futbolçunun dəstəyə ehtiyacı var. Mudrikin “Çelsi” karyerası bitdi? Mən belə düşünmürəm, yox. O, qayıdacaq, amma bunun nə vaxt olacağını bilmirik. Onun sıraya qayıdacağına heç bir şübhə yoxdur” Mareska deyib.
Namiq HUN
tag: Cihan, Oyunçu ,Ukraynalı, Mütəxəssis, todaypress.az,