Mareska qış transferindən faydalanmayacaq

İdman

20.12.2024 17:07

“Çelsi” klubunun baş məşqçisi Enzo Mareska qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis yanvarda futbolçuları transferə çıxarmaq istəmədiklərini bildirib:

“Yanvarda oyunçuları transfer etmək istəmirik. Amma bu çox oyun vaxtı qazanmayan futbolçuların ürəyincə olmaya bilər. Belə ki, onlar komandadan ayrılmaq istəyirlər. Sonra nə baş verəcəyini görəcəyik”.

Qeyd edək ki, “Çelsi” cari mövsümün nəticəsinə görə, hazırda Premyer Liqanın 2-ci komandasıdır. “Zadəganlar” 16 oyunda 34 xal toplayıb.

Namiq HUN

tag: Enzo Mareska, Transfer, Qış, Futbol, todaypress.az,