Mareska ayın ən yaxşı baş məşqçisi seçildi
İngiltərənin "Çelsi" klubunu çalışdıran Entso Mareska Premyer Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi seçilib.
TodayPress xəbər verir ki, italiyalı mütəxəssis ötən ay komandasına 3 oyunda qələbə qazandırıb.
London təmsilçisi onun rəhbərliyi altında həmçinin bir matçda heç-heçəyə imza atıb.
Mareska cari mövsümün əvvəlində "zadəganlar"ın "sükanı arxasına" keçib. Qeyd edək ki, daha əvvəl "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.
Namiq HUN
tag: İngiltərə,Çelsi,Entso Mareska,Liqa,Todaypress.az,