MARAQLI İDDİA: McDavid's qalib gələrsə, McDonald's adını dəyişdirəcək
İdman
10.06.2024 13:30
“Edmonton” hokkey klubu Stenli Kubokunu qazanarsa, McDonald's McDavid's adlandırılacaq.
TodayPress xəbər verir ki, Kanadanın Edmonton şəhərində yerləşən McDonald's restoranlar şəbəkəsi “Edmonton” klubunun kapitanı Konnor Makdevidə bu təkliflə müraciət edib.
Qurumun nümayəndələri “Oylerz”in Stenli Kubokunun finalında qalib gələcəyi təqdirdə, restoranın adını 27 yaşlı hokkeyçinin şərəfinə dəyişdirəcəklərini vəd ediblər.
“Konnor Makdevid, kuboku Kanadaya qaytarsanız, biz Edmonton McDonald'sının adını McDavid's-ə dəyişəcəyik. Razılaşdıq?" mesajda deyilir.
“Florida” və “Edmonton” komandaları arasında keçirilən final seriyasının ilk oyunu “Panterz”in qələbəsi ilə başa çatıb (3:0, 1−0). İkinci oyun iyunun 11-də keçiriləcək.
Makdevid 2015-ci ildən “Edmonton”da çıxış edir. Kanadalı hokkeyçi NHL-in 2023/2024-cü illər mövsümündə keçirdiyi 76 oyunda 132 (32+100) xal toplayıb. O, Pley-offun 19 oyununda 5 qol vurub və 26 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Konnor Makdevid, Edmonton , Komanda, Maraqlı, todaypress.az,