Maradonanın oğlu “İbarra” ilə anlaşdı

İdman

23.10.2024 11:08

Argentina millisinin əfsanəsi Dieqo Maradonanın oğlu Dieqo Sinaqra İspaniyanın “İbarra” futbol klubuna rəhbərlik edəcək.

TodayPress “Marca”ya istinadən xəbər verir ki, klubla Sinaqranın müqavilə şərtləri açıqlanmayıb.

İspaniya çempionatının üçüncü divizionunda çıxış edən “İbarra” VII turdan sonra 7 xalla 12-ci qrupda 14-cü yerdədir.

Qeyd edək ki, 38 yaşlı Sinaqra çimərlik futbolu üzrə İtaliya millisinin üzvü olub. O, məşqçi kimi İtaliyanın "Pompyi" və "Montekalçio" futbol klublarını çalışdırıb. 

Namiq HUN

tag: Argentina, Dieqo Maradona, Dieqo Sinaqra, İspaniya, İbarra, todaypress.az,