Maradonanın cənazəsi məqbərəyə köçürüləcək
İdman
02.10.2024 11:03
Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın qalıqları Buenos-Ayresdəki məqbərəyə köçürüləcək.
TodayPress “Clarin”ə istinadən xəbər verir ki, Argentinanın San-İsidro şəhərinin məhkəməsi Maradonanın cənazəsinin Buenos-Ayresdə tikilməkdə olan məqbərəyə köçürülməsinə icazə verib.
Futbolçunun qalıqlarının köçürülməsi üçün icazəni Maradonanın qızları Dalma və Cannina istəyib.
Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.
O, 1984-1991-ci illərdə ikiqat İtaliya çempionu olduğu "Napoli" klubunda çıxış edib.
Maradona həmçinin futbolçu karyerasında “Argentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında da oynayıb.
Dieqo 2010-cu il Dünya çempionatında məşqçi kimi Argentina komandasını 1/4 finala çıxarıb.
Namiq HUN
tag: Maradona ,Napoli, Çempionat ,Dalma ,Cannina, todaypress.az,