Maqomedov dünya reytinqində ikincidir
Dünya Taekvondosu idmançıların yeni reytinqini açıqlayıb.
TodayPress xəbər verir ki, 58 kq çəkidə Paris Olimpiadasının gümüş mükafatçısı olan Qaşım Maqomedov ikinci yerdədir.
Azərbaycan taekvondoçusu sıralamada yalnız olimpiya finalındakı koreyalı rəqibi Tae-Conq Parkdan geri qalır.
120 reytinq xalına malik olan Qaşım liderdən 80 xal geridir. Eyni zamanda, idmançımız 3-cü yerdə qərarlaşan Məhəmməd Cendubini (Tunis) 78 xal qabaqlayır.
Namiq HUN
tag: Dünya Taekvandosu, Paris Olimpiadası, Azərbaycan, Koreya , Qaşım Maqomedov, todaypress.az,