Maqnussen “Formula-1” üzrə Azərbaycan Qran-prisini buraxacaq

İdman

02.09.2024 17:05

TodayPress xəbər verir ki, “Formula-1” üzrə İtaliya Qran Prisindən sonra Kevin Maqnussenin növbəti turu buraxacağı dəqiqləşib.

Buna səbəb pilotun Monzadakı yarış zamanı cərimə xallarını artırmasıdır.

Kevinin hər təqvim ilində 12 cərimə xalının olması, avtomatik olaraq bir yarışın buraxılması deməkdir. 

Maqnusseni Bakıda 2025-ci il mövsümü üçün “Haas”ın əsas sürücüsü olacaq Oliver Bermananın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.

Namiq HUN

tag: Monza, Kevin ,Yarış ,Qran-Pri, Azərbaycan, todaypress.az,