Maqnus Karlsen dünya çempionatından qovuldu

İdman

28.12.2024 12:28

Norveçli şahmatçı Maqnus Karlsen ABŞ-nin Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından kənarlaşdırılıb.

TodayPress xəbər verir ki, qrossmeyster geyim qaydalarına əməl etmədiyi üçün yarışdan qovulub.

Hakimlər Karlsenin cins şalvarının tədbirin statusuna uyğun olmadığını hesab ediblər.

Qaydalara əsasən, o, geyimini dəyişməli və cərimə ödəməli idi. Amma Maqnus buna əməl etməyib və baş hakim Aleks Qolovçak onu turnirdən kənarlaşdırıb.

Qeyd edək ki, daha əvvəl FIDE bayrağı altında çıxış edən Yan Nepomnyaşi geyim qaydalarını pozduğu üçün cərimələnmişdi.

Namiq HUN

tag: Hahim, Cərimə, Geyim, FİDE, todaypress.az,