Manuel Noyer üçün il bitdi
İdman
10.12.2024 10:10
"Bavariya" klubunun qolkiperi Manuel Noyer ilin sonuna kimi sıradan çıxıb.
TodayPress xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Vinsen Kompani Noyerin qabırğasının sındığını bildirib.
Qolkiper Almaniya kubokunda "Bayer"lə (0:1) görüşdə zədələnib. Rəqib futbolçu Ceremi Frimponqla toqquşma zamanı zədələnən qapıçı, həm də karyerasında ilk dəfə qırmızı vərəqə alaraq meydanı tərk edib.
Qeyd edək ki, Manuel Noyerin yanvar ayının əvvəlində futbola qayıdışı gözlənilir.
Namiq HUN
tag: Futbol, Rəqib ,Qayıdış ,Məşqçi, todaypress.az,