Mançiniyə 30 milyon təzminat ödəniləcək
İdman
21.10.2024 19:05
Səudiyyə Ərəbistanı futbol üzrə yığma komandanın baş məşqçisi Roberto Mançini ilə yolları ayıracaq.
TodayPress “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası italiyalı mütəxəssislə müqaviləyə xitam verəcək.
Federasiya Mançiniyə 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Roberto Mançini 2023-cü ilin yayından milliyə rəhbərlik edir.
Komanda dünya çempionatının seçmə mərhələsində 5 xalla 3-cü sıradadır. Səudiyyə Ərəbistanı yığması C qrupunda Yaponiya, Avstraliya, Bəhreyn, İndoneziya və Çin komandaları ilə mübarizə aparır.
Namiq HUN
tag: Roberto Mançini, Yaponiya, Avstraliya,Səudiyyə Ərəbistan, todaypress.az,