Mançini: “Dünya çempionatını qazanmaq arzusu ilə yaşayıram”
İdman
28.11.2024 11:58
Futbol üzrə İtaliya millisinin keçmiş baş məşqçisi Roberto Mançini, yığma komandadan ayrılmasının səhv olduğunu etiraf edib.
TodayPress “IlGiornale”aya istinadən xəbər verir ki, mütəxəssis dünya çempionu olmaq istəyindən danışıb:
“Milli komandadan ayrılmaq səhv idi. Bir daha bunu etməzdim. Ərəb pulları? Onlar öz seçimlərini etdilər. Mənim hələ tamamlamalı işlərim var. Dünya çempionatını qazanmaq arzusu ilə yaşayıram”.
Qeyd edək ki, Roberto Mançini 2018-2023-cü illərdə İtaliya millisinin baş məşqçisi olub. O, daha sonra Səudiyyə Ərəbistanı yığmasına təyinat alıb. Onun ərəblərlə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Mançininin rəhbərliyi altında İtaliya millisi 2020-ci ildə Avropa çempionatının qalibi olub.
Namiq HUN
tag: Milli, Çempion, İtaliya, Mançini,Avropa, todaypress.az,