“Mançester Yunayted”in qolkiperi mükafatlandırıldı

İdman

26.11.2024 23:00

“Mançester Yunayted” klubunun qapıçısı Andre Onana “FIFPRO Merit Award 2024” mükafatına layiq görülüb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFRPO) kamerunlu futbolçunu işinə görə qiymətləndirib. 

“Onana fond”u pulsuz tibbi xidmət göstərir və Afrikada əməliyyatlar təşkil edir. Fond hər il 500-ə yaxın uşağa kömək edir.

Qeyd edək ki, 28 yaşlı vutbolçu 2024/25 mövsümündə “Mançester Yunayted”in heyətində keçirdiyi 17 oyunda 19 qol buraxıb.

Namiq HUN

tag: Mançester Yunayted, Andre Onana,FIFRPO, Afrika, todaypress.az,