“Mançester Yunayted”in hücumçusu tarix yazdı
İdman
17.01.2025 13:39
“Mançester Yunayted” klubunun futbolçusu Amad Diallo Premyer Liqada Ule-Qunnar Solskyaer və Ueyn Runinin rekordunu təkrarlayıb.
TodayPress “Squawka”ya istinadən xəbər verir ki, Diallo buna “Sauthempton”a (3:1) qalib gəldikləri XXI turun matçında nail olub.
Oyunda het-trik edən forvard Premyer Liqa tarixində bir qarşılaşmanın son 10 dəqiqəsində 3 və daha çox qol vuran üçüncü futbolçudur.
Qeyd edək ki, 2021-ci ildə “qırmızı şeytanlar”a keçən Amad Diallonun Mançester təmsilçisi lə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Namiq HUN
tag: Klub ,Futbolçu, Amad Diallo ,Tur, todaypress.az,