“Mançester Yunayted”dən növbəti antirekord

İdman

21.04.2025 10:40

5

“Mançester Yunayted” klubu Premyer Liqada bir mövsümdə məğlubiyyətlərin sayına görə antirekorda imza atıb.   

TodayPress xəbər verir ki, komanda doğma meydanda İngiltərə çempionatının XXXIII turunda “Vulverhempton”a (0:1) məğlub olub.   

Nəticədə “Mançester Yunayted” Premyer Liqanın cari mövsümündə 15-ci məğlubiyyətini alıb.

Komanda indiyə qədər heç vaxt bu qədər uduzmayıb. 

Komandanın Premyer Liqa tarixində mövsümü ən az xalla başa vurmaq ehtimalı böyükdür. Əvvəlki antirekord 58 xal olub. 

Qeyd edək ki, Ruben Amorimin komandası 33 turdan sonra 38 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.   

Namiq HUN

tag: Mançester Yunayted,Antirekord,Məğlubiyyət,Üzgün,Todaypress.az,