“Mançester Yunayted”dən möhtəşəm geridönüş

İdman

17.01.2025 11:31

“Mançester Yunayted” futbol klubu Premyer Liqanın XXI turunda tilsimi qırıb. 

TodayPress xəbər verir ki, “qırmızı şeytanlar” dörd oyundan sonra qələbə qazanıblar.

Mançester təmsilçisi “Old Trafford”da “Sauthempton”u məğlub edib. Fasiləyə qonaq komanda üstün yollansa da, meydan sahibləru ikinci hissədə vəziyyəti dəyişə bilərlər. 

MY Amad Diallonun het-triki sayəsində 3:1 hesablı qələbə qazanıb. Amad bu qolları qarşılaşmanın 82, 90 və 90+4-cü dəqiqələrində vurub.

Namiq HUN

tag: Premyer Liqa,Oyun,Futbol,Tilsim, todaypress.az,