“Mançester Yunayted”də şok ayrılıq

İdman

18.12.2024 17:22

 “Mançester Yunayted” klubunun ulduz futbolçusu yayda komandanı tərk edə bilər.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar"ın  27 yaşlı yetirməsi Markus Reşford “Mançester Siti” ilə görüşdə iştirak ərizəsinə salınmayıb.

İngiltərə mətbuatına danışan hücumçu klubu tərk etmək istədiyini bildirib: 

"Düşünürəm ki, artıq karyeramda yeni addım atmağın zamanıdır. “Mançester”dən bir incikliyim yoxdur. Klubdan ayrıldıqdan sonra belə bu komanda haqqında bir pis kəlmə eşitməyəcəksiniz. Çünki mən həmişə "qırmızı şeytanam”.

Qeyd edək ki, Reşford cari mövsüm iştirak etdiyi 24 rəsmi matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Forvardın klubu ilə hazırkı müqaviləsi 2028-ci ildə başa çatacaq.

Namiq HUN

tag: Reşford, Mançester, Klub,Futbol, Ulduz ,todaypress.az,