“Mançester Yunayted” Tuxellə anlaşdı

İdman

04.10.2024 11:10

"Mançester Yunayted" klubunun baş məşqçisi Erik ten Haq istefa verə bilər.

TodayPress xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb. 

“Mançester Yunayted” artıq ten Haqın yerinə namizədini müəyyən edib. 

“Qırmızı şeytanlar”ın heyətində baş məşqçi postunu hazırda işsiz olan alman mütəxəssis Tomas Tuxel tutacaq. 

Almaniyalı mütəxəssis də Premyer Liqaya qayıtmaq istəyir. O, İngiltərə futbolunun onun məşqçilik fəlsəfəsi ilə mükəmməl uyğunluq təşkil etdiyini bildirib.

Qeyd edək ki, Erik ten Haq 2022-ci ildən mankunianlıları çalışdırır. Niderlandlı mütəxəssis ötən müddət ərzində klubla İngiltərə Kubokunu və ölkə Liqa Kubokunu qazanıb.

Namiq HUN

tag: Tomas Tuxel, Mançester Yunayted, Premyer Liqa, İngiltərə ,Erik Ten Haq ,todaypress.az,