“Mançester Yunayted” Ten Haqı qovdu
İdman
28.10.2024 16:10
“Mançester Yunayted” Erik ten Haqı baş məşqçi postundan qovub.
TodayPress klubun rəsmi saytına istinadən xəbər verir ki, yayda niderlandlı məşqçi ilə müqavilə 2026-cı ilə qədər uzadılsa da, mövsüm başlayandan sonra onunla ayrılmaq qərarına gəliblər.
Hazırda “Mançester Yunayted” Premyer Liqada 14-cü yerdədir.
“Barselona”nın keçmiş baş məşqçisi Xavinin “qırmızı şeytanlar”ın “sükanı arxasına” keçəcəyi gözlənilir.
Namiq HUN
tag: Mançester Yunayted,Barselona, Erik Tan Haq,Xavi, todaypress.az,