"Mançester Yunayted" Mauntsuz qaldı

İdman

21.12.2024 15:00

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Meyson Maunt uzun müddətə sıradan çıxıb.

TodayPress xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim danışıb.

Mütəxəssis İngiltərə Premyer Liqasının XVI turunda baş tutan "Mançester Siti" ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnən futbolçunun bir neçə həftə oynamayacağını bildirib.

Qeyd edək ki, "Qırmızı şeytanlar" hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.

tag: İngiltərə,Mançester Yunayted,Meyson Maunt,Qırmızı şeytanlar,todaypress.az,