“Mançester Yunayted” Maquayrla müqaviləni uzadacaq

İdman

04.10.2024 09:57

1738

"Mançester Yunayted" klubu futbolçu Harri Maquayrla bağlı qərar verib.

TodayPress xəbər verir ki, "qırmızı şeytanlar" müdafiəçinin çıxışından razıdır.

Klub rəhbərliyi Maquayrla müqaviləni yeniləməyi planlaşdırır. 

31 yaşlı futbolçu ilə sözləşmə daha 1 il müddətinə uzadılacaq.

Qeyd edək ki, Harri Maquayrın “Mançester Yunayted”lə hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.

Namiq HUN

tag: Mançester Yunayted, Harri Maquayr ,Qırmızı Şeytanlar, Müqavilə ,todaypress.az,