"Mançester Yunayted" Kadıköyə itkilərlə gələcək

İdman

04.10.2024 13:45

2579

Bruno Fernandes UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda “Fənərbağça” ilə matçı buraxacaq. 

TodayPress xəbər verir ki, Mançester təmsilçisinin üzvü “Porto” ilə səfər qarşılaşmasında qırmızı vərəqə ilə cəzalanıb.

Matçın 32-ci və 81-ci dəqiqələrində referidən sarı vərəqələr alan Bruno yekunda meydandan qovulub.

Qeyd edək ki, "Fənərbaxça"-"Mançester Yunayted" matçı 24 oktyabrda Kadıköydə keçiriləcək. 

Namiq HUN

tag: Bruno ,UEFA ,Avropa ,Liqa ,Porto ,Mançester Yunayted ,Fənərbaxça ,todaypress.az,