“Mançester Yunayted” hücum xəttini gücləndirir
İdman
02.01.2025 17:14
“Mançester Yunayted” klubu “Porto”nun və İspaniya millisinin hücumçusu Samu Omorodionu transfer etmək istəyir.
TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, Mançester təmsilçisinin skautları Portuqaliya çempionatının XVI turunda “Porto” və “Boavişta” (4:0) arasında keçirilən matçda dubla imza atan futbolçunu stadiondan izləyiblər.
Samu ötən yay “Atletiko Madrid”dən “Porto”ya transfer olunub. Onun komandası ilə müddəti 2029-cu ilədək olan müqaviləsi var. Hücumçunun “əjdahalar”la müqaviləsində 100 milyon avro məbləğində təzminat maddəsi göstərilib.
Qeyd edək ki, ispaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 21 matçda 18 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Turnir, Porto ,İspaniya ,Futbolçu, todaypress.az,