“Mançester Yunayted” Amorimlə anlaşdı

İdman

29.10.2024 14:30

“Mançester Yunayted” futbol klubunun yeni baş məşqçisi məlum olub.

TodayPress tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, “qırmızı-şeytanlar”a Portuqaliyanın “Sportinq” klubunu çalışdıran Ruben Amorim başçılıq edəcək. 

Hazırda klublar təzminat məbləği ilə bağlı danışıqları davam etdirirlər.

Qeyd edək ki, Ruben Amorim 2020-ci ildən Lissabon təmsilçisində işləyir.

Xatırladaq ki, “Mançester Yunayted” niderlandlı mütəxəssis Erik ten Haqla yollarını ayırıb. Premyer Liqa təmsilçisinə müvəqqəti olaraq Ruud Van Nistelroy rəhbərlik edir.

Namiq HUN

tag: Mançester Yunayted, Qırmızı Şeytanlar, İngiltərə,Futbol,Sportinq,todaypress.az,