“Mançester Yunayted” 380 gün sonra tilsimi qırdı

İdman

08.11.2024 15:10

“Mançester Yunayted” futbol klubu avrokuboklardakı qələbəsiz oyunlar seriyasına son qoyub. 

TodayPress xəbər verir ki, “qırmızı şeytanlar” UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində Yunanıstanın PAOK klubunu  2:0 hesabı ilə məğlub edib.

“Mançester Yunayted” 380 gündür ki, avrokuboklarda qələbə qazana bilmirdi. 

Klub qitə turnirində sonuncu dəfə 2023-cü il oktyabrın 24-də Danimarkanın “Kopenhagen” komandasına qalib gəlib (1:0).

Namiq HUN

tag: Mançester Yunayted, Futbol, UEFA, Liqa, Turnir, todaypress.az,