"Mançester Siti"nin illik gəliri rekord həddə çatdı
“Mançester Siti” futbol klubunun illik gəliri ötən ilə nisbətən artaraq rekord həddə çatıb.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "şəhərlilər"in cari il üçün illik gəliri 715 milyon funt-sterlinq təşkil edir.
Bu rəqəm ötənilkindən 2,2 milyon funt-sterlinq çoxdur. Komandanın xalis mənfəəti isə 73,8 milyon funt-sterlinq təşkil edib.
Qeyd edək ki, son 4 mövsüm Premyer Liqada çempionluq sevinci yaşayan "Mançester Siti"nin gəliri İngiltərədəki bütün klubları üstələyir.
Namiq HUN
tag: Mançester Siti ,Futbol, Gəlir, Komanda ,todaypress.az,