"Mançester Siti"nin Haaland qərarı
İngiltərə çempionu hücumçu Erlinq Haalandla bağlı qərar verib.
TodayPress xəbər verir ki, Mançester təmsilçisi norveçli futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir.
Haaland “şəhərlilər”lə müqaviləni 2027-ci ilin yayına kimi bağlasa, mövsümdə 24 milyon avro məvaciblə Kevin De Brüyneni keçərək klubda ən çox maaş alan futbolçu olacaq.
Qeyd edək ki, Erlinq Haaland 2022-ci ilin yayından "Mançester Siti"də oynayır. Onunla "Real Madrid" klubunun da maraqlandığı bildirilir.
Namiq HUN
tag: İngiltərə , Erlinq Haaland, Mançester Siti, Müqavilə, Qərar, todaypress.az,