“Mançester Siti”dən rəqibinə ağır zərbə
İdman
12.01.2025 10:00
“Mançester Siti” İngiltərə Kubokunun üçüncü mərhələsində “Salford Siti”ni darmadağın edib.
TodayPress xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda keçirilən görüş 8:0 hesabı ilə başa çatıb.
Qarşılaşmada qol vuranlar iki dəfə fərqlənən Ceremi Doku, Divin Mubama, Niko O'Rayli, penaltini dəqiq yerinə yetirən Cek Qriliş və üç qola imza atan Ceyms Makeyti olub.
“Mançester Siti”nin İngiltərə Kubokunun dördüncü mərhələsindəki rəqibi püşkatmadan sonra müəyyənləşəcək.
tag: Mançester Siti,İngiltərə Kuboku,Salford Siti,todaypress.az,