“Mançester Siti” vingerini itirdi
İdman
10.08.2024 17:05
“Mançester Siti” İngiltərə superkuboku uğrunda matça itki ilə çıxacaq.
TodayPress xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Cek Qriliş zədə səbəbindən “Mançester Yunayted”lə oyunu buraxacaq.
Cek Qriliş komandasının son məşqində zədələnərək sıradan çıxıb.
28 yaşlı futbolçu ötən mövsüm “Mançester Siti”nin heyətində 36 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Mançester Siti,Cek Qriliş,Zədə, Oyunlar, Superkbok, todaypress.az,