“Mançester Siti” “Tottenhem”lə bacarmadı

İdman

31.10.2024 09:58

“Mançester Siti” futbol klubu İngiltərə Liqa Kuboku turniri ilə erkən vidalaşıb. 

TodayPress xəbər verir ki, “Tottenhem” və “Mançester Siti” klubları arasında Liqa Kubokunun 1/8 final matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

London qarşılaşmasında hesabı matçın 5-ci dəqiqəsində “mahmızlar”ın almaniyalı hücumçusu Timo Verner açıb. 25-ci dəqiqənin tamamında “Tottenhem”in yarımmüdafiəçisi Pap Matar Sarr komandasının hesabdakı üstünlüyünü artırıb. “Mançester Siti” ilk hissəyə əlavə olunmuş vaxtda portuqaliyalı yarımmüdafiəçi Mateus Nunesin qolu ilə fərqi minimuma endirib. Bu “şəhərlilər”in "Tottenham Hotspur" stadionunda vurduğu yeganə qol olub.

Namiq HUN


tag: Mançester Siti, Tottenhem,Final, Liqa, Timo, todaypress.az,