“Mançester Siti” tilsimi qırdı

İdman

30.12.2024 09:14

“Mançester Siti” iki aylıq fasilədən sonra ilk səfər qələbəsini qazanıb.

TodayPress xəbər verir ki, İngiltərə çempionu bu müddətdə 7 dəfə uduzub, 1 dəfə isə xal bölgüsünə razılaşıb. 

“Şəhərlilər” Premyer Liqanın XIX turunda səfərdə “Lester”ə (2:0) qalib gəliblər. 

Komanda son 14 qarşılaşmada ikinci dəfə qapısını toxunulmaz saxlayıb. Daha əvvəl “Mançester Siti” “Nottingem Forest”lə (3:0) matçda belə göstəriciyə nail olub. 

“Tülkülər”lə səfər qarşılaşması Erlinq Holand üçün də əlamətdar olub. 4 oyundan sonra rəqib qapısına yol tapan forvard Premyer Liqada 14-cü qolunu vurub.

Namiq HUN

tag: Mançester Siti,Futbol, Komanda ,İngiltərə,Erlinq Holand,Nottingem Forest,todaypress.az,