“Mançester Siti” son dəqiqədə məğlubiyyətdən xilas oldu
İdman
23.09.2024 11:17
Futbol üzrə İngiltərə Premyer Liqasının V turunun mərkəzi matçında “Mançester Siti” “Arsenal”la "sülh"ə nail olub.
TodayPress xəbər verir ki, “Siti of Mançester” stadionunda baş tutan oyunda 2:2 hesabı qeydə alınıb.
“Mançester Siti”nin qollarını Erlinq Holand və Con Stounz vurub. “Arsenal”ın heyətində isə Rikkardo Kalafiori və Qabriel fərqlənib.
Holand “Mançester Siti”də keçirdiyi 105-ci oyununda 100-cü qolunu vurub.
Referi Maykl Oliver ilk hissəyə əlavə edilmiş 8-ci dəqiqədə “Arsenal”ın hücumçusu Leandro Trossardı ikinci sarı vərəqə ilə cəzalandıraraq meydandan qovub.
Qeyd edək ki, “Arsenal” 2015-ci ildən Premyer Liqada “Mançester Siti”yə səfərdə qalib gələ bilmir. Bu müddət ərzində “topçular” 7 dəfə məğlub olub və 3 dəfə heç-heçə edib.
Namiq HUN
tag: Mançester Siti, Erlinq Holand, Con Stounz ,Referi Maykl, Leandro Trossar, todaypress.az,